ABŞ-da Meyvezer və Makqreqor arasında tarixi döyüş olub - VİDEO

ABŞ-da Meyvezer və Makqreqor arasında tarixi döyüş olub - VİDEO Görüş texniki nokautla Meyvezerin qələbəsi ilə yekunlaşıb
Fərdi
27 Avqust , 2017 09:39
ABŞ-da Meyvezer və Makqreqor arasında tarixi döyüş olub - VİDEO

Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərində tarixi boks döyüşlərindən biri keçirilib.

"Report"un məlumatına görə, 5 çəki dərəcəsində amerikalı keçmiş dünya çempionu kiçik Floyd Meyvezer MMA döyüşçüsü və UFC çempionu, irlandiyalı Konor Makqreqorla qarşılaşıb.

Görüş 40 yaşlı texniki nokautla Meyvezerin qələbəsi ilə yekunlaşıb. 29 yaşlı Makqreqor döyüşün əvvəlində üstün görünüb, rəqibindən fəal və dəqiq olub. Lakin Meyvezer dördüncü raunddan təşəbbüsü öz əlinə almağa başlayıb. O, Makqreqora zərbələr endirib, klassik boks məktəbinin üstünlüyünü MMA universal texnikası üzərində göstərib.

Meyvezer raunddan-raunda tempi artırıb, Makqreqoru daha çox müdafiəyə diqqət yetirməyə məcbur edib. Get-gedə yorulmağa başlayan irlandiyalı döyüşçü 8-ci raundda demək olar ki, tam haldan düşüb. 10-cu raundda Meyvezer məhsuldar seriya keçirdiyi vaxt referi döyüşü dayandırıb və amerikalı boksçuya texniki qələbə verib.

Qeyd edək ki, bu, Konor Makqreqor üçün peşəkar rinqdə debüt qarşılaşması olub. Floyd Meyvezer isə karyerasında 50-ci qələbəsini qazanaraq, əfsanəvi Rokki Marçianonun rekordunu keçib. Makqreqor üzərində qələbədən sonra Meyvezer karyerasını bitdiyini elan edib.

Son xəbərlər

Orphus sistemi