ABŞ-ın Boston şəhəri 2024-cü il olimpiadasına namizədlikdən imtina edib

ABŞ-ın Boston şəhəri 2024-cü il olimpiadasına namizədlikdən imtina edib Səbəb əhali arasında Oyunlara marağın aşağı səviyyədə olmasıdır
Fərdi
28 İyul , 2015 09:31
ABŞ-ın Boston şəhəri 2024-cü il olimpiadasına namizədlikdən imtina edib

Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ-ın Boston şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına təşkilatçılıq üçün verdiyi Ərizəni geri götürüb. "Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, şəhər rəhbərliyi əhali arasında Oyunlar keçirməyə dəstəyin aşağı səviyyədə olması səbəbindən bu addımı atıb. 

Olimpiadaya namizədlik üçün son tarix sentyabrın 15-dir. Bostonu ABŞ-ın Los-Anceles şəhərinin əvəzləyəcəyi gözlənilir. 

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına Bakının da namizədliyinin irəli sürüləcəyi gözlənilir. Oyunların keçiriləcəyi şəhərin adı Beynəlxalq Olimpiya Komitəsinin 2017-ci ildə Perunun paytaxtı Limada keçirəcəyi Sessiyada açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi