ABŞ Açıq çempionatında finalçılar bilindi

ABŞ Açıq çempionatında finalçılar bilindi ABŞ Açıq çempionatında (US Open) qadın tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib.
Fərdi
775
11 Sentyabr , 2020 13:26
ABŞ Açıq çempionatında finalçılar bilindi
Naomi Osaka

ABŞ Açıq çempionatında (US Open) qadın tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib. 

"Report"un məlumatına görə, həlledici görüşdə Belarus təmsilçisi Viktoriya Azarenko yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək. 

Azarenko yarımfinalda ABŞ tennisçisi Serena Uilyamsı mübarizədən kənarlaşdırıb. İlk setdə rəqibinə 1:6 hesabı ilə uduzan belaruslu idmançı növbəti iki setdə eyni hesabla qalib olub - 6:3.

Osaka isə ABŞ-ın digər təmsilçisi Cennifer Bredini məğlub edib. 

Qeyd edək ki, yarışın mükafat fondu 53,4 milyon ABŞ dollarıdır. Final görüşü sentyabrın 12-də gerçəkləşəcək. 

Orphus sistemi