Azad Rəhimov Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub

Azad Rəhimov Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub Olimpiadanın açılış mərasimi müzakirə edilib
Fərdi
26 Avqust , 2016 12:01
Azad Rəhimov Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub

Bakı. 26 avqust. REPORT.AZ/ Gənclər və İdman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirə hazırlıq işləri barədə məlumat verilib.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov arenanın mötəbər yarışa tam hazır olduğunu bildirib. Görüş zamanı oyun zalı, mətbuat mərkəzi, konfrans və sərgi otaqlarına baxış keçirilib. Bildirib ki, Bakı Şahmat Olimpiadası günlərində sərgi mərkəzində unikal eksponatlar nümayiş etdiriləcək. Sərgidə hind çaturanqa, İran satranj oyunu üçün dəst, Lyuis adasında morj dişindən hazırlanan şahmat fiqurlar, fil sümüyündən orta əsrlərə aid olan Kral I Çarlzın şahmat lövhəsi, eləcə də buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar sərgilənəcək.

Daha sonra Olimpiadanın Açılış mərasimi müzakirə edilib. İştirakçı komandalar Bakıya eyni vaxtda gələcəyindən, onların hava limanında qarşılanması barədə danışılıb.

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasında 182 kişi, 142 qadın komandası mübarizə aparacaq. Mötəbər yarışın təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq. 

Son xəbərlər

Orphus sistemi