Yuxarı

92 yaşlı qadın marafon qaçışı üzrə dünya rekordu müəyyənləşdirib

Harriett Tompson 42.195 km məsafəni 7 saat 24 dəqiqə 36 saniyəyə qaçıb

Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatının Şarlott əyalətindən olan Harriett Tompson adlı qadın marafon qaçışı üzrə rekord müəyyənləşdirib. "Report"un "BBC"yə istinadən verdiyi məlumata görə, Tompson San Dieqoda 42.195 km məsafəni 7 saat 24 dəqiqə 36 saniyəyə qaçıb.

Beləliklə, o, marafon məsafəsini dəf etməyi bacaran ən yaşlı qadın olub. Marafon vaxtı onun 92 yaş 65 günü tamamlanıb. Tompsonun əvvəllər xərçəng xəstəliyi keçirdiyi bildirilir.

Qeyd edək ki, bunadək belə rekord 2010-cu ildə marafon məsafəsini 92 yaş 19 günündə ikən dəf etmiş Qledis Berrilə məxsus olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi