Yuxarı

5 Mart Bədən Tərbiyəsi və İdman Gününün 10 illiyi münasibətilə peyntbol-tir yarışması keçiriləcək

Yarış martın 4-də olacaq

Bakı. 3 mart. REPORT.AZ/ 5 Mart Bədən Tərbiyəsi və İdman Gününün 10 illiyi münasibəti ilə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində peyntbol-tir yarışı keçiriləcək. Bu barədə "Report"a Azərbaycan Peyntbol Federasiyasından məlumat verilib.

Yarış Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Silahli Qüvvələrinin Təlim-Tədris Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Akademiyası, Prezident yanında İdarəçilik Akademiyası, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının birgə əməkdaşlığı ilə keçiriləcək.

Yarışda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyət üzvləri, Prezident yanında İdarəçilik Akademiyasında təhsil alan prezident təqaüdçüləri və digər gənclər iştirak edəcək.

Qeyd edək ki, yarış martın 4-də olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi