Rusiyada ​5 idmançı və 1 məşqçi yarışlardan diskvalifikasiya olunub

Rusiyada ​5 idmançı və 1 məşqçi yarışlardan diskvalifikasiya olunub Bu barədə RUSADA məlumat yayıb
Fərdi
26 Yanvar , 2016 10:13
Rusiyada ​5 idmançı və 1 məşqçi yarışlardan diskvalifikasiya olunub

Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyada 5 idmançı və bir məşqçi yerli federasiyalar və anti-dopinq komissiyasının İntizam Komitəsinin qərarı ilə müxtəlif müddətə yarışlardan diskvalifikasiya olunublar. "Report" xəbər verir ki, bu barədə Rusiyanın anti-dopinq agentliyi olan RUSADA məlumat yayıb.

Yüngül atletika ilə məşğul olan Alyona Kudaşkina 2 il 6 ay, Mariya Nikolayeva 4 il, velosipedçilərdən Viktor Podoynikov və Nikolay Denisov 9 ay, triatlon idmanı ilə məşğul olan Artem Arsyonov isə 4 il müddətinə yarışlardan uzaqlaşdırılıb.

Bundan başqa yüngül atletika üzrə məşqi Lyudmila Fedoriva anti-dopinq qaydalarına əməl etmədiyi üçün 4 il müddətinə cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi