​34 Azərbaycan idmançısı Rio-2016-da çıxışını tam başa vurub

​34 Azərbaycan idmançısı Rio-2016-da çıxışını tam başa vurub Ölkə Yay Olimpiya Oyunlarına 56 idmançı ilə qatılmışdı
Fərdi
129
17 Avqust , 2016 05:18
​34 Azərbaycan idmançısı Rio-2016-da çıxışını tam başa vurub

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 34-ü çıxışlarını tam başa vurub.

"Report"un məlumatına görə, ötən yarış günündə ölkəmizin aktivinə 2 bürünc medal yazılıb.

Yunan-Roma güləşçisi Rəsul Çunayev 66 kq. çəki dərəcəsində bürünc medal qazanıb. Eyni nəticəni kayakçı qadınların mübarizəsində İnna Osipenko Radomskaya 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə əldə edib. Amma o, çıxışını 500 metr məsafəyə yürüşdə də davam etdirəcək. Boksçu Lorentso Sotomayor isə 64 kq çəkidə yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib.

Beləliklə, Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayında (30) dəyişiklik baş verməyib.

Onlardan yarısı - boksçular Yana Alekseyevna, Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, yunan-Roma güləşçisi Saman Təhmasibi, velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç və oxatan Olqa Senyuk legionerdir.

Güləş

Yunan-Roma

Rəsul Çunayev (66 kq) - bürünc

Sabah Şəriəti (130 kq) - bürünc

Rövşən Bayramov (59 kq) - 5-ci yer

Elvin Mürsəliyev (75 kq) - 7-ci yer

Saman Təhmasibi (85 kq) - 13-cü yer

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub.

Boks

Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub

Yana Alekseyevna (60 kq - qadınlar) - 1/4 finalda uduzub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub

Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Kanoe-sprint

Kayak

İnna Osipenko Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - bürünc

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib

Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub

Atletika

Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer

Nazim Babayev (üçtəkanla uzununa tullanma) - 25-ci yer 

Son xəbərlər

Orphus sistemi