3 qat Olimpiya çempionu həbs olunub

3 qat Olimpiya çempionu həbs olunub Qrant Hekett Kvinslend ştatının Qold-Koste şəhərində saxlanılıb
Fərdi
15 Fevral , 2017 11:43
3 qat Olimpiya çempionu həbs olunub

Bakı. 15 fevral. REPORT.AZ/ Üzgüçülük üzrə 3 qat olimpiya və 17 qat dünya çempionu Qrant Hekett polis tərəfindən saxlanılıb. "Report"un HBC telekanalına istinadən verdiyi məlumata görə, 37 yaşlı idmançı vətəni Avstraliyada, Kvinslend ştatının Qold-Koste şəhərindəki evində yaxalanıb.

3 saatdan sonra o, heç bir ittiham irəli sürülmədən azadlığa buraxılıb.

Yerli mətbuatda yer alan xəbərlərdə Hekettin valideynlərinin evində, atası polisə zəng etdikdən sonra saxlanıldığı bildirilir. Onun ailəsi ilə insident yaşadığı və bıçağa əl atdığı bildirilir. Valideynləri bildirib ki, Hekett son zamanlar xeyli aqressiv olub, evə əsəbi halda gələrək, hamını təhqir edirmiş. 

Qeyd edək ki, Qrant Hekett olimpiadalarda 2 dəfə sərbəst növdə 1500 metr məsafayə (Sidney 2000, Afina-2004), həmçinin 1 dəfə 4x200 metr məsafəyə üzməkdə (Sidney-2000) qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi