3 qat Avropa çempionu olan Azərbaycan şahmatçılarından biri polis zabitidir

3 qat Avropa çempionu olan Azərbaycan şahmatçılarından biri polis zabitidir Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Fərdi
7 Noyabr , 2017 16:37
3 qat Avropa çempionu olan Azərbaycan şahmatçılarından biri polis zabitidir

Bakı. 7 noyabr. REPORT.AZ/ Yunanıstanın Krit adasındakı Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın kişilərdən ibarət şahmat yığmasının üzvü Rauf Məmmədovun polis zabiti olduğu müəyyənləşib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 29 yaşlı zəka sahibi DİN İdman Cəmiyyətinin İdman təlimi şöbəsinin inspektoru, polis baş leytenantıdır.

R.Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. O, 2004-cü ildə qrossmeyster adını alıb, 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində, 2013-cü ildə Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatında da qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi