23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib

23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib Bakı. 12 iyun. REPORT.AZ/ Sumqayıt Olimpiya İdman Kompleksində 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
Fərdi
12 İyun , 2018 18:24
23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib

Bakı. 12 iyun. REPORT.AZ/ Sumqayıt Olimpiya İdman Kompleksində 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.

"Report"un məlumatına görə, iki gün davam edəcək ölkə birinciliyinin ilk günündə qızlarda bütün çəki dərəcələrində, oğlanlarda isə 60 və 66 kq çəki dərəcələrində mübarizə aparan gənc cüdoçular arasında qaliblərin adlarına aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan birinciliyində, ümumilikdə, 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparır. Yarışın ilk günü isə 142 oğlan və 67 qız tatami üzərinə çıxıb.

Son xəbərlər

Orphus sistemi