Yuxarı

2024-cü il olimpiadasına dəvət mərhələsinə start verilib

Bu məqsədlə bütün ölkələrə dəvət məktubu göndərilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına iddiaçıların Dəvət Mərhələsinə start verib. "Report"un məlumatına görə, olimpiadanı təşkil etmək istəyən milli olimpiya komitələri və potensial namizəd şəhərlər 2015-ci il sentyabrın 15-dək ilkin ideyalarını İOC-la müzakirə edə bilərlər.

Bu məqsədlə bütün ölkələrə dəvət məktubu göndərilib. Artıq Almaniya, İtaliya və ABŞ bu kampaniyaya qoşulmaq istəyini bəyan edib. İOC-un son Sessiyasında qəbul edilmiş 40 düzəliş namizədlərin sayının artmasına şərait yaradıb. Həmin yeniliklərə əsasən, tender prosesi dəvət əsasında olacaq, namizədliyini irəli sürmək istəyən şəhərlərin əsas üstünlükləri və riskləri daha dəqiq müəyyənləşdiriləcək, Sifariş Ərizəsi və Oyunların təşkilinə xərclər azaldılacaq. Eyni zamanda, İOC 2024-cü il olimpiadasının təşkilinə 1,5 milyard dollar xərcləyəcək.

Qeyd edək ki, namizədliyini irəli sürmək istəyən şəhərlər arasında Bakı da var. Qalib şəhərin adı 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi