Yuxarı
    Bağlamaq

    Ümumdünya Şahmat Olimpiadasının 2020-ci ildə təşkil olunacağı şəhər açıqlanıb

    Bu barədə FİDE prezidenti Kirsan İlümjinov bildirib

    Varşava. 13 sentyabr. REPORT.AZ/ 2020-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. 

    "Report"un məlumatına görə, bu barədə FİDE (Beynəlxalq Şahmat Federasiyası) prezidenti Kirsan İlümjinov açıqlama verib.

    O, təşkilatçılıq uğrunda mübarizədə Argentina və Slovakiya şəhərlərini geridə qoyan Xantı-Mansiyski təbrik edib.

    Xatırladaq ki, hazırda Bakıda keçirilən 2016-cı il Ümumdünya Şahmat Olimpiadasına bu gün yekun vurulacaq. 2018-ci il Olimpiadası isə Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi