2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanı təqdim olunub

2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanı təqdim olunub Olimpiya hərəkatı tarixində ilk dəfə şagirdlər arasında səsvermə keçirilib
Fərdi
28 Fevral , 2018 09:25
2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanı təqdim olunub

Bakı. 28 fevral. REPORT.AZ/ 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının rəsmi talismanları təqdim olunub.

"Report"un məlumatına görə, Oyunların Təşkilat Komitəsi yanında Xüsusi Şura yapon animesi üslubunda göy və çəhrayı fiqurların seçildiyini bəyan edib. Şura ölkənin 16 mindən çox məktəbinin şagirdləri arasında 2017-ci il dekabrın 11-dən 2018-ci il fevralın 22-dək keçirdiyi səsvermənin nətəcələrinə əsaslanıb. Talismanın müəyyənləşdirilməsi üçün belə üsuldan olimpiya hərəkatı tarixində ilk dəfə istifadə olunub.

Ümumilikdə 2 minədək varianta səs verilib. Onlardan 3-ü final müsabiqəsi üçün seçilib.

Qeyd edək ki, "Tokio-2020" olimpiadası 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda keçiriləcək.   

Son xəbərlər

Orphus sistemi