2020-ci il Tokio olimpiadasının büdcəsi azaldılıb

2020-ci il Tokio olimpiadasının büdcəsi azaldılıb Yay Olimpiya və Paralimpiya Oyunlarının büdcəsi 12 milyard dollara endirilib
Fərdi
22 Dekabr , 2017 11:05
2020-ci il Tokio olimpiadasının büdcəsi azaldılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının büdcəsi azaldılıb.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, büdcə 35 milyard yen (təxminən 309 milyon dollar) azaldılaraq, 1 trilyon 350 milyard ienə (12 milyard dollardan bir qədər az) endirilib. Tokiodan kənardakı yarışların təşkili üçün nəzərdə tutulan xərclər olimpiya lotereyasından əldən olunacaq vəsaitlə qarşılanacaq.

Qeyd edək ki, başlanğıcda “Tokio-2020”nin büdcəsi 18 milyard olub. Lakin tədricən azaldılıb.

Son xəbərlər

Orphus sistemi