2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub

2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub Medalların dizaynında Cənubi Koreyanın milli mədəniyyətinin motivləri öz əksini tapıb
Fərdi
21 Sentyabr , 2017 13:48
2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub

Bakı. 21 sentyabr. REPORT.AZ/ 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının medalları təqdim olunub.

“Report” Oyunların rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, medalların dizaynında təşkilatçı ölkənin milli mədəniyyətinin motivləri əksini tapıb. Medalın üzərindəki diaqonal xətlər olimpiadanın tarixini və iştirakçıların qələbə əzmini göstərir.

Hər bir medal Cənubi Koreya arxitekturasını xarakterizə edən taxta qabda saxlanılacaq.

Qeyd edək ki, 2018-ci il Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi