2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəlinin yandırılma mərasimi keçirilib

2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəlinin yandırılma mərasimi keçirilib Tədbir Yunanıstanda Peloponnes yarımadasında baş tutub
Fərdi
24 Oktyabr , 2017 14:38
2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəlinin yandırılma mərasimi keçirilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəlinin yandırılma mərasimi keçirilib. 

“Report” xəbər verir ki, tədbir Yunanıstanda Peloponnes yarmadasında baş tutub.

Məşəli yunanıstanlı aktrisa Katerina Lexu yandırıb. Onun ilk daşıyıcısı isə 2014-cü il Soçi olimpiadasının iştirakçısı xizəksürən Apostopolos Angelis olub. Estafeti ondan Cənubi Koreya və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Pak Çi Son təhvil alacaq.

Məşəl oktyabrın 31-dək Yunanıstan ərazisini gəzəcək və 2129 km məsafəni qət edəcək. Səkkiz gün ərzində məşəli 505 nəfər daşıyacaq. Məşəlin “Pxençxan-2018”in Təşkilat Komitəsinə təhvil verilmə mərasimi Afinada dünyada ağ mərmərdən inşa edilən yeganə arena olan “Panatinaikos” stadionunda olacaq.

Məşəl Cənubi Koreyaya çatana qədər 7500 nəfər tərəfindən daşınacaq və 8,5 min km məsafəni qət edəcək.

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 - 25 fevralda keçiriləcək. Yarışda Azərbaycan idmançıları iştirak etməyəcək.

Son xəbərlər

Orphus sistemi