2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub

2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub Ağ məşəlin uzunluğu 700 mm-dir
Fərdi
9 Fevral , 2017 11:21
2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub

Bakı. 9 fevral. REPORT.AZ/ 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub.

"Report"un məlumatına görə, təqdimat mərasimi Oyunlara düz bir il qalmış Təşkilat Komitəsi tərəfindən həyata keçirilib. Məşəl ölkənin ağ farforu rəngində işlənilib. Bəyaz məşəlin uzunluğu 700 mm-dir ki, bu da Pxençxanın dəniz səviyyəsindən 700 metr hündürlükdə olduğunu göstərir. Dizaynı cənubi koreyalı rəssam Kim Yon Se verib, istehsalı isə 1988-ci il Seul olimpiadasının məşəli üzərində işləmiş şirkət həyata keçirib.

Qeyd edək ki, "Pxençxan-2018" gələn il 9 - 25 feralda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi