Bakıda keçirilən Formula 1 Qran Prisinin adı dəyişdirilib

Bakıda keçirilən Formula 1 Qran Prisinin adı dəyişdirilib İlə Avstraliya Qran Prisi ilə start veriləcək
Fərdi
30 Sentyabr , 2016 11:03
Bakıda keçirilən Formula 1 Qran Prisinin adı dəyişdirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakıda təşkil olunan Formula 1 üzrə Avropa Qran Prisi 2017-ci ildən Azərbaycan Qran Prisi adlandırılacaq. 

"Report"un "Fox Sports"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Avtomobil İdmanı Federasiyasının açıqladığı təqvimdə bildirilir. Həmin təqvimə əsasən, Azərbaycan Qran Prisi gələn il iyunun 18-də keçiriləcək.

Ümumilikdə 21 yürüşdən ibarət dünya çempionatına Avstraliya Qran-prisi ilə başlayacaq. Pilotlar mövsümə martın 26-da Melburnda start verəcək. İlin son yürüşü isə Abu Dabidə olacaq. Həmin Qran-pri noyabrın 26-da keçiriləcək.

2017-ci ildə keçiriləcək Qran prilər

26 mart. Melburn (Avstraliya)

9 aprel. Şanxay (Çin)

16  aprel. Bəhreyn (Bəhreyn)

30. aprel. Soçi (Rusiya)

14 may. Barselona (İspaniya)

28 may. Monte Karlo (Monako)

11 iyun. Monreal (Kanada)

18 iyun. Bakı (AZƏRBAYCAN)

2 iyul. Şpilberq (Avstriya)

9 iyul. Silverstoun (Böyük Britaniya)

23 iyul. Budapeşt (Macarıstan)

30 iyul. Hokkenhaym (Almaniya)

27 avqust. Spa-Frankorşam (Belçika)

3 sentyabr. Montsa (İtaliya)

17 sentyabr. Sepanq (Malayziya)

1 oktyabr. Sinqapur (Sinqapur)

8 oktyabr. Suzuka (Yaponiya)

22 oktyabr. Ostin (ABŞ)

5 noyabr. Mexiko (Meksika)

12 noyabr. San Paulu (Braziliya)

26 noyabr. Abu Dabi (BƏƏ)

Son xəbərlər

Orphus sistemi