Yuxarı
    Bağlamaq

    Bakıda 2017-ci ildə keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin vaxtı dəyişdirilib

    Dəyişiklik mayda Bakıda IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunacağı ilə əlaqədardır

    Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda 2017-ci ildə keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin vaxtı dəyişdirilib. 

    "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elman Babanlı açıqlama verib.

    O bildirib ki, turnir gələn ilin mayında yox, mart ayında təşkil olunacaq. 

    E.Babanlı dəyişikliyi mayda Bakıda IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunacağı ilə əlaqələndirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi