​2019-cu il II Avropa Oyunları üçün 7-ci şəhərin namizədliyi qəbul olunub

​2019-cu il II Avropa Oyunları üçün 7-ci şəhərin namizədliyi qəbul olunub Adı açıqlanmayan sonuncu namizədin Çexiyanın Praqa, İngiltərənin Liverpul və ya Türkiyə şəhəri olacağı ehtimal olunur
Fərdi
20 Yanvar , 2015 16:03
​2019-cu il II Avropa Oyunları üçün 7-ci şəhərin namizədliyi qəbul olunub

Bakı. 20 yanvar. REPORT.AZ/ 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına 7 şəhərin namizədliyi qəbul olunub. "Report"un məlumatına görə, Avropa Olimpiya Komitəsi (AOK) 6 şəhərin adını açıqlasa da, sonuncunu gizli saxlayır.

AOK-un 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin adını 2016-cı ilin mayında Türkiyənin Bələk bölgəsində keçiriləcək iclasda açıqlayacağı gözlənilir. Adı açıqlanmayan sonuncu namizədin Çexiyanın Praqa, İngiltərənin Liverpul və ya Türkiyə şəhəri olacağı ehtimal olunur.

Qeyd edək ki, hazırkı namizədlər siyahısında Minsk (Belarus), Qlazqo (Şotlandiya), Amsterdam, Rotterdam (Hollandiya), Kazan (Rusiya), İstanbulun (Türkiyə) adı var.

Son xəbərlər

Orphus sistemi