2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibindən dopinq tapılıb

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibindən dopinq tapılıb 32 yaşlı qadın idmançı yarışdankənar dövrdə yoxlanılıb
Fərdi
7 Aprel , 2017 10:33
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibindən dopinq tapılıb

Bakı. 7 aprel. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış keniyalı marafonçu Cemima Sumsonqdan götürülmüş dopinq-test müsbət nəticə verib.

"Report"un məlumatına görə, 32 yaşlı qadın idmançı yarışdankənar dövrdə yoxlanılıb. Ondan istifadəsi qadağan olunmuş eritropoetin izləri aşkarlanıb. Antidopinq qaydalarının pozulması ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən ona qarşı iş açılıb.

Qeyd edək ki, Cemima Sumponq Las Veqas, Kastelyon, Rotterdam və Londonda nüfuzlu marafonların qalibi olub. O, olimpiya marafonunu qazanan ilk keniyalı idi. 

Son xəbərlər

Orphus sistemi