Yeniyetmə dünya çempionu: "Hədəfim klublararası Avropa çempionatında qalib olmaqdır"

Yeniyetmə dünya çempionu: "Hədəfim klublararası Avropa çempionatında qalib olmaqdır" Ən böyük məqsədlərimdən biri həm komanda, həm də şəxsi görüşlərdə 1-ci yerə çıxmaq idi. Görüşlərim heç də asan keçmədi. Xoşbəxtəm ki, hər iki halda istəyimə nail oldum.
Fərdi
7 Noyabr , 2019 04:01
Yeniyetmə dünya çempionu: Hədəfim klublararası Avropa çempionatında qalib olmaqdır
Foto: "Report"

"Ən böyük məqsədlərimdən biri həm komanda, həm də şəxsi görüşlərdə 1-ci yerə çıxmaq idi. Görüşlərim heç də asan keçmədi. Xoşbəxtəm ki, hər iki halda istəyimə nail oldum".

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Çorum şəhərində 16 yaşadək şahmatçılar arasındakı Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi olan Azərbaycan milli komandasının üzvü, dünya çempionu Aydın Süleymanlı bildirib. 

A.Süleymanlının sözlərinə görə, rəqibləri ona qarşı ciddi mübarizə apardı: "Bütün görüşlərim gərgin keçdi. Bu elə bir yarışdır ki, zəif rəqib olmur. Ən çətin rəqibim isə 8-ci turda Ukraynalı şahmatçı idi".

Aydın Süleymanlı növbəti hədəfindən də danışıb: "Bu həftə ərzində keçiriləcək klublararası Avropa çempionatında "Vüqar Həşimov akademiyası"nı təmsil edəcəm. Əsas hədəfim bu turnirdə də uğurlu çıxış edib "Vüqar Həşimov akademiyası"na layiq şahmatçı olduğumu sübut etməkdir".

Son xəbərlər

Orphus sistemi