Yuxarı

​11 yaşında 57 medal qazanmış azərbaycanlı karateçi

Namiq Şükürov artıq medalların sayını itirib

Bakı. 11 fevral. REPORT.AZ/ Namiq Şükürov karate ilə məşğul olduğu 6 il ərzində o qədər medal qazanıb ki, artıq onların sayını da itirib. 11 yaşlı oğlunun mükafatlarını anası paketin içində gəzdirir, o, özü isə hesab edir ki, əsas tatami üzərinə çıxmaq və döyüşməkdir.

"Report" "Veçerni Qrodno" qəzetinə istinadən xəbər verir ki, Namiqin anası jurnalistlərlə görüşə içərisində oğlunun medalları olan böyük ölçülü paketlə gəlib. Saydıqdan sonra məlum olub ki, Namiqin hesabında 57 medal var.

Namiq Şükürov azərbaycanlıdır. O, Belarusun Qrodno şəhərində doğulub və orada yaşayır. Altı ildir məşqçi Yuri Qrutsun yanında karate ilə məşğul olur. O bu müddət ərzində bütün Belarus və yaxın xaric ölkələrində keçirilən yarışlarda iştirak edib. Onun ən əsas uğuru isə Minskdə beynəlxalq turnirin qalibi olmasıdır.

5-ci sinif şagirdinin kumiri dördqat dünya və səkkizqat Avropa çempionu Rafael Ağayevdir. Azərbaycanlı karateçini "dünya karatesinin brilyantı" da adlandırırlar. Digər uşaqlar kimi, Namiq də öz kumiri ilə görüşməyi, onun usta dərslərində iştirak etməyi arzulayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi