“Azneft”in Zirə sahəsində ləğv edilmiş quyuların ətrafı abadlaşdırılıb

“Azneft”in Zirə sahəsində ləğv edilmiş quyuların ətrafı abadlaşdırılıb Qala sahəsində lay sularının tam utilizasiyası üçün əlavə olaraq 4 yeni seçilmiş utilizasiya quyusu istismara verilib
Energetika
30 İyun , 2016 17:58

Bakı. 30 iyun. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Qala sahəsində lay sularının tam utilizasiya edilməsi üçün əlavə olaraq 4 yeni seçilmiş utilizasiya quyusu təmir olunaraq istismara verilib. 

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, hazırda Qala sahəsində, gündə orta hesabla 1 500 kubmetr lay suyu 14 quyuya utilizasiya olunur. İdarənin Zirə sahəsində ləğv edilmiş quyuların ətrafı abadlaşdırılıb. Hazırda Ə.C.Əmirov adına, Z.Tağıyev adına, “Bibiheybətneft”, “Siyəzənneft” NQÇİ-lərdə ləğv edilmiş 50 ədəd quyunun üzərində reperlər quraşdırılır, 13 ədəd fəaliyyətdə olan quyunun ətrafında abadlıq və yaşıllaşdırma işləri görülür. 

Bu ay Birlik üzrə ekologiya və əməyin mühafizəsinə dair 16 mövzuda maarifləndirmə və təbliğat işləri aparılıb, 24 ekoloji monitorinq keçirilib, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq işlər görülüb.                               

Son xəbərlər

Orphus sistemi