​“Zərdab-Şıxbağı-Qışlaq” sahəsində çöl işləri başa çatdırılıb

​“Zərdab-Şıxbağı-Qışlaq” sahəsində çöl işləri başa çatdırılıb Əldə edilmiş materiallar emal və interpretasiya mərhələsindədir
Energetika
22 Oktyabr , 2015 16:06
​“Zərdab-Şıxbağı-Qışlaq” sahəsində çöl işləri başa çatdırılıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü Yevlax-Ağcabədi çökəkliyi neftli-qazlı rayonunun “Zərdab-Şıxbağı-Qışlaq” sahəsində çöl işlərini başa çatdırıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, işlər “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında görülüb.

Sahənin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə 178 kvadrat kilometrlik 3D seysmik kəşfiyyat, 345 kilometrlik qravimetrik, 345 kilometrlik isə maqnitometrik işlər yerinə yetirilib.

Çöl işləri zamanı əldə edilmiş materiallar hazırda emal və interpretasiya mərhələsindədir. Yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi