Zərdabın qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Zərdabın qaz təchizatında müvəqqəti fasilə yaranacaq Sabah Zərdab rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Energetika
24 Noyabr , 2022 18:51
Zərdabın qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Sabah Zərdab rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qol qaz kəmərinin kanal keçidindən keçən, korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı, noyabrın 25-də saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son xəbərlər

Orphus sistemi