Yuxarı

Kanada şirkəti tezliklə Azərbaycanda yeni qazma qurğusundan əməliyyata başlayacaq

"Zenith Energy" Azərbaycanda yeni qazma qurğusundan əməliyyata başlaya

Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın “Zenith Energy” şirkəti tezliklə yeni BD-260 qazma qurğusundan “Cəfərli” yatağındakı C-37 quyusunda qazma əməliyyatına başlayacaq.

“Report” xəbər verir ki, bunu “Zenith Energy” şirkətinin baş icraçı direktoru və prezidenti Andrea Kattaneo “Total Market Solutions”a müsahibəsində bildirib.

O qeyd edib ki, payızda yataqdakı C-40 quyusunda dərin qazma işləri aparılacaq. Onun sözlərinə görə, hər iki quyunun yaxşı imkanları var.

A.Kattaneo bildirib ki, tələbə uyğun olaraq şirkət yeni qazma qurğuları ala bilər.

Qeyd edək ki, "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi