Zaur Qəhrəmanov: "SOCAR-a Türkiyədə yanacaqdoldurma şəbəkəsi 2020-ci ildə lazım olacaq"

Zaur Qəhrəmanov: "SOCAR-a Türkiyədə yanacaqdoldurma şəbəkəsi 2020-ci ildə lazım olacaq" SOCAR yanacaqdoldurma şəbəkəsi üçün iki varianta baxır
Energetika
31 May , 2017 17:18
Zaur Qəhrəmanov: SOCAR-a Türkiyədə yanacaqdoldurma şəbəkəsi 2020-ci ildə lazım olacaq
Report.az

Bakı. 31 may. REPORT.AZ/ “SOCAR Turkey Enerji A. Ş.” şirkəti 2020-ci ildə Türkiyədə yanacaqdoldurma stansiyaları şəbəkəsi yarada bilər.

“Report” xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A. Ş.”nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib.

“Biz hələ ki, tələsmirik. “STAR” Neft Emalı Zavodu (NEZ) 2018-ci ildə istismara veriləcək. 2019-cu ildə isə zavod layihədə nəzərdə tutulan gücdə (10 mln. ton) işləyəcək. Bu baxımdan bizə yanacaqdoldurma şəbəkəsi 2020-ci ildə lazım olacaq. Bu şəbəkə tsiklimizin inteqrasiyasının davamlılığı nöqteyi-nəzərindən lazımdır. Yanacaqdoldurma şəbəkəsi olmadan da keçinə bilərik, amma yanacaqdoldurma şəbəkəsi ilə tsiklimiz tam olacaq və daha çox qazanacağıq”, - Z.Qəhrəmanov qeyd edib. 

Şirkət rəhbəri yanacaqdoldurma şəbəkəsi üçün iki varianta baxıldığını qeyd edib: “İki varianta baxırıq: ya mövcud yanacaqdoldurma şəbəkəsini almaq, ya da yenisini yaratmaq”.

Son xəbərlər

Orphus sistemi