Zaqatalanın Bəhmətli kəndinə təbii qaz verilib

Zaqatalanın Bəhmətli kəndinə təbii qaz verilib Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Zaqatala rayonunun Bəhmətli kəndinə ilk dəfə təbii qaz verilib.
Energetika
24 dekabr 2018 11:52
Zaqatalanın Bəhmətli kəndinə təbii qaz verilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Zaqatala rayonunun Bəhmətli kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edibər. Bildirilib ki, ümumilikdə, 1030 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 41 306 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi