​Zaqatala rayonunun Mosul kəndinə ilk dəfə qaz verilib

​Zaqatala rayonunun Mosul kəndinə ilk dəfə qaz verilib Mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev iştirak edib
Energetika
2666
7 Noyabr , 2015 13:57
​Zaqatala rayonunun Mosul kəndinə ilk dəfə qaz verilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Zaqatala rayonunun Mosul kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin təmsilçiləri, Zaqatala Rayon İcra Hakimiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

SOCAR prezidentinə məruzə edilib ki, 685 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3 915 metr uzunluğunda müxtəlif diametrli polietilen və 36 622 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 685 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması Azərbaycan xalqının rifah halının daha da yaxşılaşmasına xidmət edir.

SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi