Yuxarı
    Bağlamaq

    ​Yunanıstanın XİN rəhbəri: "İki ilə TAP-ı işə sala biləcəyik və Azərbaycan qazı Avropanı qızdıracaq"

    Biz bu layihənin bütün detallarını və bütün xırdalıqlarını müzakirə etdik

    Bakı. 3 fevral. REPORT.AZ/ "Afina və Bakı Azərbaycan qazını Yunanıstan, Qərbi Avropa və İtaliyaya çatdırmalı olan ən böyük birgə layihələrdən birini - Transadriatik qaz kəmərinin (TAP) tikintisini başa çatdırmaq üzrədir".

    "Report" xəbər verir ki, bunu Bakıya səfərindən sonra Afinada jurnalistlərə açıqlamasında Yunanıstanın xarici işlər naziri Nikos Kotzias bildirib.

    "Biz onun ən mühüm məqamlarını başa vurmuşuq və ümid edirik ki, iki il ərzində onu işə sala biləcəyik və Azərbaycan qazı Avropanı qızdıracaq. Biz bu layihənin bütün detallarını və bütün xırdalıqlarını müzakirə etdik", — deyə nazir qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi