Yunanıstanın qazpaylayıcı operatoru TAP ilə bağlı ilk hərrac keçirir

Yunanıstanın qazpaylayıcı operatoru TAP ilə bağlı ilk hərrac keçirir TAP-ın bu ölkənin Milli Qaz Sistemi ilə birləşdirməsi Yunanıstan, həmçinin regional enerji bazarı üçün tarixi andır
Energetika
4 Noyabr , 2020 13:19
Yunanıstanın qazpaylayıcı operatoru TAP ilə bağlı ilk hərrac keçirir

Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) bu ölkənin Milli Qaz Sistemi ilə birləşdirmə nöqtəsində 2021-ci ildə təbii qazın tədarükü ilə bağlı ilk hərracını elan edib.

“Report”un Yunanıstan mətbuatına istinadən xəbər verir ki, DESFA-nın məlumatında deyilir:

“Bu Yunanıstan, həmçinin regional enerji bazarı üçün tarixi andır. Çünki Yunanıstanın milli qaz sistemi Avropanın ən böyük təbii qaz bazarlarından biri olan İtaliya ilə əlaqələndiriləcək. Həmçinin bu sistem Şimali Avropa ilə İsveçrə və Almaniya sayəsində birləşdirilib ki, bununla da ölkənin regional enerji mərkəzi rolunu daha da yüksəlib”.

Məlumatda həmçinin vurğulanır ki, tezliklə həm Yunanıstan, həm də Avropanın Cənub-Şərqi hissəsi Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə artıq illik qaz istehlakı 75,4 milyard kubmetr həcmə çatan İtaliya təbii qaz bazarı ilə birləşdiriliəcək.

Xatırladaq ki, hərraclar “Prisma” tutumlu sifariş platformasında aparılır.

Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Son xəbərlər

Orphus sistemi