​Yunanıstanda beynəlxalq neft-qaz sərgisi keçiriləcək

​Yunanıstanda beynəlxalq neft-qaz sərgisi keçiriləcək Tədbirdə 150-yə yaxın şirkətin iştirakı nəzərdə tutulur
Energetika
10 İyun , 2015 14:37
​Yunanıstanda beynəlxalq neft-qaz sərgisi keçiriləcək

Bakı. 10 iyun. REPORT.AZ/ Bu ilin sentyabrın 23-24-də Afinanın "Metropolitan Expo" Mərkəzində qlobal neft və qaz beynəlxalq sərgisi keçiriləcək. 

"Report"un yunan mediasına istinadən verdiyi xəbərə görə, keçiriləcək sərgi çərçivəsində eyniadlı konfransın da baş tutacağı gözlənilir.

Yunanıstan Ətraf Mühitin Mühafizəsi, enerji və iqlim dəyişikliyi Nazirliyi tərəfindən dəstəklənən sərgi-konfrans Qara, Şərqi Aralıq, İon və Egey dənizi regionları ölkələrinin neft-qaz sahəsindəki son nailiyyətləri əhatə edəcək.

Xatırladaq ki, sərgi-konfransda 150-yə yaxın şirkətin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi