​Yunanıstan "Türk Axını" layihəsindən imtina etmək fikrində olmadığını bəyan edib

​Yunanıstan "Türk Axını" layihəsindən imtina etmək fikrində olmadığını bəyan edib Yunan naziri: "Biz hələ layihənin necə maliyyələşəcəyini müzakirə etməmişik"
Energetika
30 May , 2015 10:30
​Yunanıstan Türk Axını layihəsindən imtina etmək fikrində olmadığını bəyan edib

Bakı. 30 may. REPORT.AZ/ Vaşinqtonun "Türk Axını"nın Yunanıstana doğru genişlənməsi ilə bağlı fikirləri mənfidir, amma biz heç nəyə baxmayaraq öz əvvəlki fikrimizin üzərində qalırıq. "Report" xəbər verir ki, bunu ötən gün "Sputnik" agentliyinə açıqlama verən Yunanıstanın energetika naziri Panaqiotis Lafazanis (Panagiotis Lafazanis) deyib.

Yunan nazirinin sözlərinə görə, adıçəkilən layihə təmsil etdiyi ölkə üçün çox əhəmiyyətlidir və onlar burada iştirakdan imtina etmək fikrində deyillər:

"Türk Axını" bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz hələ layihənin necə maliyyələşəcəyini müzakirə etməmişik, amma boru xəttinin maliyyələşməsi təxminən 2 mlrd. avro (təxminən 2,2 mlrd. dollar) xərc tələb edəcəyini bilirik. Layihənin gerçəkləşməsi işsizlik problemindən əziyyət çəkən ölkəmizdə 20 minə yaxın yeni iş yerinin açılmasına şərait yaradacaq".

Xatırladaq ki, 2014-cü ilin dekabrın 1-də "Qazprom"la Türkiyənin BOTAŞ şirkəti ümumi tutumu 63 mlrd. kubmetr olan "Türk Axını" razılaşması imzalanıb. Müqaviləyə görə, ümumi uzunluğu 1100 km olan boru xətti Qara dənizdən keçməklə 47 mlrd. kubmetr qazı Türkiyə-Yunanıstan sərhəddinə çatdıracaq. Boru xətti ilə əlaqəli hökumətlərarası anlaşma memorandumunun 2015-ci ilin ikinci rübündə imzalanacağı, ilk qazın isə 2016-cı ilin dekabrında təslim ediləcəyi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi