Yunanıstan Səfirliyinin nümayəndəsi: “SOCAR DESFA-da 49% paya sahib olacaq”

Yunanıstan Səfirliyinin nümayəndəsi: “SOCAR DESFA-da 49% paya sahib olacaq” V.Sitarasın sözlərinə görə, təmsil etdiyi ölkə Cənub Qaz Dəhlizinin (SGC) reallaşması üçün tam dəstək göstərir
Energetika
16 Noyabr , 2016 16:58
Yunanıstan Səfirliyinin nümayəndəsi: “SOCAR DESFA-da 49% paya sahib olacaq”

Bakı. 16 noyabr. REPORT.AZ/ "Trans Adriatik Boru Kəmərinin (TAP) inşası dövründə ümumilikdə 8 mindən çox yeni iş yeri açılacağını düşünürəm. Həmçinin kəmərin inşası dövründə istifadə ediləcək 27 min ton polad borular Yunanıstanda istehsal ediləcək. Bu isə ölkəmiz üçün çox əhmiyyətlidir."

Bunu “Report”a açıqlamasında Yunanıstan Azərbaycandakı Səfirliyində İqtisadi şöbənin rəhbəri Vassilios Sitaras deyib.

Onun sözlərinə görə, təmsil etdiyi ölkə Cənub Qaz Dəhlizinin (SGC) reallaşması üçün tam dəstək göstərir:

Siz özünüz də yaxşı bilirsiniz ki, Azərbaycan və Yunanıstanın davam edən strateji əməkdaşlığı var. Bu ali siyasi səviyyədə dəstəklənir. 2014-cü ildə Prezident İlham Əliyev Yunanıstana səfəri zamanı bu tərəfdaşlığı “etibara əsaslanan tərəfdaşlıq” adlandırmışdı. Amma, bu, təkcə enerji sektoru ilə məhdudlaşmır. Cənub Qaz Dəhlizi (SGC) layihəsinin sonuncu və əhəmiyyətli hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin 2020-ci ildə fəaliyyətə başlayacaq və məhz bu kəmərin böyük bir hissəsi Yunanıstan ərazisindən keçəcək. Biz əminik ki, bu layihə ölkəmizdə həm yeni iş yerlərinin açılmasına, həm də Yunansıtana yeni investisiyaların gəlməsinə şərait yaradaq”.

Yunanıstan rəsmisi deyib ki, rəsmi Afina TAP-ın inşası müddətində 2 mlrd. dollar investisiya cəlb etmək niyyətindədir: “Bu il mayın 17-də keçirilən rəsmi mərasimdə Yunanıstanın Baş naziri Aleksis Tsiprasın bildirdiyi kimi, ümumilikdə bu boru kəmərinin inşası dövründə 2 mlrd. ABŞ dollarına qədər investisiyanın cəlb edilməsini gözləyirik. TAP-ın inşası dövründə ümumilikdə 8 mindən çox yeni iş yeri açılacağını düşünürəm. Həmçinin Kəmərin inşaası dövründə istifadə ediləcək 27 min ton polad borular Yunanıstanda istehsal ediləcək. Bu isə ölkəmiz üçün çox əhmiyyətlidir”.

V.Sitaras son zamanlar əsas müzakirə mövzusu olmuş Yunanıstan qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA ilə bağlı məsələlərə də toxunub: “Anladığım qədər DESFA-nın SOCAR-a tranzaksiyası ilə bağlı bir çox məsələlər var. Bu ilin sonuna qədər DESFA-nın özəlləşdirilməsinin də başa çatacağına ümid edirəm. SOCAR DESFA-da əvvəl planlaşdırıldığı kimi 66% deyil, 49% paya sahib olacaq. Bu, təkcə bizim qərar deyil, Rəqabət üzrə Avropa Komissiyasının (Directorate General for Competition) qərarıdır. SOCAR-ın DESFA-dakı strateji mövqeyi onun Cənub-Şərqi Avropada da əhəmiyyətli gücə sahib olmasına imkan yaradacaq. Baş nazir A.Tsiprasın sentyabrdan bəri rəhbərlik etdiyi xüsusi komissiya SOCAR-la apardığı danışıqlar son mərhələdədir. Bununla da tezliklə SOCAR-ın xaricdə əldə etdiyi ən böyük uğurlardan birinə də imza atacağını düşünürəm. Həmçinin “Revithaussa” LNG terminalı kimi nəhəng aktivləri də nəzərə alsaq SOCAR-ın DESFA üçün ödəyəcəyi məbləğ də çox olmayacaq”.

Səfirlik əməkdaşı SOCAR-ın DESFA üçün ödəyəcəyi məbləğin hələ bəlli olmadığını qeyd edib: “Bu danışıqların son mərhələsində həll olunacaq. Ona görə də mən buna hər hansı şərh verə bilmərəm. Amma qiymət hər iki tərəf üçün ədalətli olacaq.”

Son xəbərlər

Orphus sistemi