Yunanıstan səfiri: "TAP layihəsi ilə bağlı problemlər aradan qaldırılıb"

Yunanıstan səfiri: "TAP layihəsi ilə bağlı problemlər aradan qaldırılıb" Layihənin Yunanıstan sektorunda 10 km uzunluqda boru kəmərinin çəkilişi tam başa çatıb
Energetika
10 Fevral , 2017 14:36
Yunanıstan səfiri: TAP layihəsi ilə bağlı problemlər aradan qaldırılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsinin Yunanıstan sektorunda 10 km uzunluqda boru kəmərinin çəkilişi tam, 80 km uzunluqda boru kəmərinin çəkilişi isə praktiki olaraq başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas azərbaycanlı tələbələrlə görüşdə məlumat verib.

"TAP layihəsi ilə bağlı problemlər, o cümlədən texniki və maliyyə problemləri aradan qaldırılıb. Hazırda bütün problemlər həll edilib. İndi kəmərin çəkilişi prosesi başlayıb. 850 km-lik boru kəmərinin 555 km-i Yunanıstan ərazisindən keçir" - D.Tsunqas vurğulayıb.

Səfir TAP layihəsinin həyata keçirilməsi məsələsinin iştirakçı ölkələrin energetika nazirlərinin iştirakı ilə fevralın 23-də Bakıda baş tutacaq "Cənub qaz dəhlizi" layihəsinin Məşvərət Şurasının üçüncü iclasında müzakirə ediləcəyini xatırladıb.

O bildirib ki, Yunanıstanın energetika naziri də bu tədbirdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi