Yuxarı

Yunanıstan ilə Türkiyə Azərbaycan qazının Avropaya tədarükü üçün boru şəbəkəsinin genişləndirilməsinə dair razılığa gəliblər

TAP və TANAP şübhəsiz ki, maliyə baxımından qazın Qərbi Avropaya tədarük edilməsi üçün ən effektiv marşrutdur”

Yunanıstan ilə Türkiyə Azərbaycan qazının Avropaya tədarükü üçün boru şəbəkəsinin genişləndirilməsinə dair razılığa gəliblər.

"Report"-un TASS-a istinadən xəbər verir ki, Yunanıstan-Türkiyə Ali Əməkdaşlıq Şurasının 3-cü iclasının yekununda imzalanan bəyanatda qeyd olunur ki, Ankara ilə Afina ikitərəfli və regional əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Sənəddə bildirilir ki, bu istiqamətdəki səylər xüsusi ilə enerji sahəsində cəmləşəcək. Uğurlu əməkdaşlığın ən bariz nümunəsi kimi isə ITGI qaz kəməri layihəsinin icrası (2007-ci ilin oktyabr ayında istifadəyə verilən Yunanıstan-Türkiyə qaz borusu) göstərilib.

“Transadriatik (TAP) və Transanadolu qaz boruları (TANAP) bir-biri ilə əlaqəli və, şübhəsiz ki, maliyə baxımından Xəzər bölgəsindən qazının Qərbi Avropaya tədarük edilməsi üçün ən effektiv marşrutdur”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Yunanıstan-Türkiyə Ali Əməkdaşlıq Şurasının 3-cü iclasında Türkiyənin Baş naziri Əhməd Davutoğlu iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi