Bakı. 13 avqust. REPORT.AZ/ Yunanıstanın energetika naziri Panos Skurletis ilə “
Yunan nazir iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığın inkişafı üçün yeni hökumətin dəstək verməyə hazır olduğunu deyib.
Məlumata görə, DESFA-nın alınması məsələsi 2015-ci ilin sonuna qədər yubana bilər. Səbəb kimi isə Avropa Komissiyasının Direktorlar Şurasında bu məsələnin müzakirə edilməsi göstərilir.
Məlumata görə, ötən gün həm də P.Skurletis və Nazirliyin enerji və mineral ehtiyatlar üzrə baş katibi Apostolos Aleksopulos TAP konsorsiumunun icraçı direktoru Yan Bredşou (Ian Bradshaw), xarici əlaqələr üzrə direktor Mixael Hofman (Michael Hofmann) və TAP-ın Yunanıstan üzrə direktoru Rikard Skufiasla (Rikard Scoufias) görüşüb.
Müzakirələr əsasən boru kəmərinin tikintisinin texniki tərəfləri ilə bağlı olub və tikintiyə başlamaq üçün növbəti addımların atılması məsələlərin həll edilməsi nəzərdən keçirilib.