Yunanıstan DESFA məsələsini ​SOCAR-la ilin sonunadək həll etmək istəyir

Yunanıstan DESFA məsələsini ​SOCAR-la ilin sonunadək həll etmək istəyir Yunanıstan Dövlət Əmlakının İdarə edilməsi Fondu bununla bağlı bu gün bəyanat yayıb
Energetika
26 Avqust , 2015 17:11
Yunanıstan DESFA məsələsini ​SOCAR-la ilin sonunadək həll etmək istəyir

Bakı. 26 avqust. REPORT.AZ/ Yunanıstan Dövlət Əmlakının İdarə edilməsi Fondu ölkənin təbii qaz şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə aparılan danışıqların cari ilin sonuna qədər müsbət nəticələnməsində maraqlıdır.

"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Fond məlumat yayıb. Qurum bu açıqlamanı SOCAR rəsmiləri ilə bu gün keçirilən görüşdən sonra verib.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın 66%-nin satılması ilə bağlı keçirilən tenderdə 400 mln. avro təklif edən SOCAR müsabiqənin qalibi elan olunub. Lakin sonradan Avropa Komissiyası razılaşma ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb.

Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini deyib.

Son xəbərlər

Orphus sistemi