Yevlax rayonunun Meyvəli qəsəbəsinə qaz verilib

Yevlax rayonunun Meyvəli qəsəbəsinə qaz verilib Bu gün Yevlax rayonunun Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evinə təbii qaz verilib.
Energetika
16 Dekabr , 2019 16:59
Yevlax rayonunun Meyvəli qəsəbəsinə qaz verilib

Bu gün Yevlax rayonunun Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evinə təbii qaz verilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu münasibətlə təşkil olunan tədbirdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, qaz təsərrüfatının işçiləri və qəsəbə sakinləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, bölgələrdə aparılan qazlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa qayğısı ilə həyata keçirilir və ölkədə bu ilin sonuna qədər qazlaşdırma səviyyəsi 96%-ə çatdırılacaq.

Qəsəbədə qazlaşma işlərinin icrası üçün ümumi uzunluğu 10 164 m müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. Bununla da Yevlax rayonunda qazlaşma faizi 98,5%-ə çatıb. Rayonda qazlaşdırılmayan cəmi 4 kənd qalıb ki, onların da gələcəkdə dövlət proqramlarının həyata keçirilməsi zamanı qazlaşdırılması gözlənilir.

Tədbirin sonunda qəsəbənin qazlaşdırılmasında fəallığı ilə seçilən podratçı təşkilatın işçilərinə rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə fəxri fərmanlar verilib.

Qeyd edək ki, Yevlax rayonunun Meyvəli qəsəbəsinə qazın verilməsi “Qaz Təsərrüfatında Texniki Təhlükəsizlik Qaydaları”na riayət etməklə təmin olunub.

Son xəbərlər

Orphus sistemi