Yeraltı kabelin zədələnməsi nəticəsində Binə qəsəbəsinin bir hissəsi işıqsız qalıb

Yeraltı kabelin zədələnməsi nəticəsində Binə qəsəbəsinin bir hissəsi işıqsız qalıb
Energetika
22 Fevral , 2018 14:57
Yeraltı kabelin zədələnməsi nəticəsində Binə qəsəbəsinin bir hissəsi işıqsız qalıb
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev / Report/ Firi Salim

Bakı. 22 fevral. REPORT.AZ/ Xəzər rayonu Binə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Qəsəbənin Atçılıq massivi adlanan yaşayış ərazisində, təxminən, 300-ə qədər abunəçinin işığı kəsilib. 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a açıqlamasında kəsintini əraziyə gedən yeraltı kabel xəttinin zədələnməsi ilə əlaqələndirib: “Kimsə həmin ərazidə qazıntı işləri aparıb və ehtiyatsızlıqdan qəsəbənin bir hissəsini qidalandıran yeraltı kabel xəttini zədələyib. Hazırda əməkdaşlarımız qəza yerindədir. Yaxın saatlarda əraziyə elektrik enerjisinin verilişi bərpa olunacaq”.