Yeni neft yataqlarının kəşfi 70 illik minimuma enib

Yeni neft yataqlarının kəşfi 70 illik minimuma enib 2018-ci ilə qədər bu sahəyə investisiyalar illik 40 mlrd. dollar təşkil edəcək
Energetika
30 Avqust , 2016 13:18
Yeni neft yataqlarının kəşfi 70 illik minimuma enib

Bakı. 30 avqust. REPORT.AZ/ Dünya üzrə yeni neft yataqlarının kəşf edilməsi 1947-ci ildən etibarən minimal səviyyəyə enərək 2015-ci ilin yekunlarına görə aşkarlanan ehtiyatlar 2,7 mlrd. barel təşkil edib. 

"Report" xəbər verir ki, "Wood Mackenzie" konsaltinq şirkətinin hesabatına əsasən, bu göstəricinin 2016-cı ildə daha da azalması proqnozlaşdırılır. Hesabatda qeyd olunub ki, avqustun 1-nə qədər şirkətlər 736 mln. barel həcmində ehtiyatlara malik olan yeni neft yataqları kəşf edib. ABŞ Energetika İnformasiyaları Adminstrasiyasının (EİA) məlumatına görə, 2026-cı ilə qədər hazırda gündəlik 94,8 mln. barel olan neft tələbi 105,3 mln. barelə yüksələcək. ABŞ-da şist neft hasilatının artması hesabına tələb ödənilsə də, hasilatın dayanıqlı olması üçün neft qiymətləri 50 dollar/bareldən aşağı düşməməlidir.

"Wood Mackenzie"nin qlobal neft araşdırmaları mütəxəssisi Endryu Latam (Andrew Latham) qeyd edib ki, qlobal neft kəşfiyyatına xərclənən məbləğ 2014-cü ildə 100 mlrd. dollar, 2015-ci ildə isə 40 mlrd. dollar təşkil edib. 2018-ci ilə qədər illik xərclərin də bu səviyyəyə yaxın olması ehtimal edilir.

"Rystad Energy" konsaltinq şirkəti isə bildirib ki, Rusiya və OPEC bazar paylarını qorumaq məqsədilə hasilatı maksimal səviyyəyə yaxınlaşdırıb. İnvestisiyaların azalması 2025-ci ilə qədər qiymətlərdə özünü hiss etdirə bilər.

Son xəbərlər

Orphus sistemi