Yeni ildən təbii qazla bağlı texniki şərtləri "ASAN xidmət" verəcək

Yeni ildən təbii qazla bağlı texniki şərtləri "ASAN xidmət" verəcək Bunun üçün SOCAR hazırda "ASAN xidmət"lə danışıqlar aparır
Energetika
7 Noyabr , 2015 15:38
Yeni ildən təbii qazla bağlı texniki şərtləri ASAN xidmət verəcək

Bakı. 7 noyabr. REPORT.AZ/ Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda təbii qaz təminatı ilə bağlı bütün texniki şərtlərin istehlakçılara verilməsi prosesi "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Zaqatala rayonunun Mosul kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə bildirib.

R.Abdullayev qeyd edib ki, bunun üçün hazırda "ASAN xidmət"lə danışıqlar aparılır: "Bu, əhalinin rahatlığının təmin olunması məqsədi daşıyır. Əhalinin müraciətləri, heç bir əlavə yerə müraciət etmədən "ASAN xidmət" mərkəzlərində tez bir zamanda həll olunacaq. Həmçinin, heç bir pul ödəmədən texniki şərtlər "ASAN xidmət" vasitəsilə həyata keçiriləcək".

Mərasimdə şirkət prezidenti qeyd edib ki, Azərbaycanda 100-dən çox əhalisi olan kəndlərin 90%-i qazlaşdırılıb: "Bu gün Mosul kəndinin qazlaşdırılması ilə Zaqatalanın 24 kəndi, bu ilin əvvəlindən isə 8 yaşayış məntəqəsi "mavi yanacaq"la təmin olunub".

Son xəbərlər

Orphus sistemi