Yeni Günəşlidə 150-dən çox binanı istiliklə təmin edən qazanxanaya yeni qaz kəməri çəkilib

Yeni Günəşlidə 150-dən çox binanı istiliklə təmin edən qazanxanaya yeni qaz kəməri çəkilib Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 150-dən çox hündürmərtəbəli binanı istiliklə təmin edən 9 saylı Rayon İstilik Qovşağının qaz təchizatı yaxşılaşdırılıb.
Energetika
30 oktyabr 2019 11:21
Yeni Günəşlidə 150-dən çox binanı istiliklə təmin edən qazanxanaya yeni qaz kəməri çəkilib

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 150-dən çox hündürmərtəbəli binanı istiliklə təmin edən 9 saylı Rayon İstilik Qovşağının qaz təchizatı yaxşılaşdırılıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən qazanxana kompleksinə qazın verilməsi üçün kəmərlər elə Yeni Günəşli qəsəbəsinin əsası qoyulan zaman - ötən əsrin 70-80-ci illərində çəkilib. Keçən dövr ərzində qaz kəməri ayrı-ayrı hissələrdə korroziyaya uğrayıb, qaz sızmalarının sayı artıb. Ona görə də bu kəmərin yenisi ilə əvəz edilməsi qərara alınıb. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin sentyabrın 15-də çəkilişinə başladığı kəmər bu gün mənbəyə birləşdirilib. Beləliklə, qış mövsümündə qazanxana normal təzyiqdə qazla təmin ediləcək.

Qeyd edək ki, görülən işlər çərçivəsində ümumi uzunluğu 150 m olan 280 mm diametrində yeraltı polietilen və 270 m uzunluğunda 273 mm diametrində yerüstü polad qaz xətləri çəkilib. 

Son xəbərlər

Orphus sistemi