Yuxarı
    Bağlamaq

    Yəhya Babanlı: “Strateji Yol Xəritəsi “Azərenerji”-nin inkişaf strategiyasıdır”

    Y.Babanlının sözlərinə gözə, “Azərenerji”nin inkişaf strategiyası bəllidir

    Bakı. 3 mart. REPORT.AZ/ Kredit reytinqi ilə hər hansısa bir qurumun əhəmiyyəti, gördüyü işlər ölçülmür və strategiyası müəyyənləşdirilmir. "Report" xəbər verir ki, bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı “Standard and Poor’s" beynəlxalq reytinq agentliyinin ASC-nin kredit reytinqi üzrə verdiyi proqnozuna munasibət bildirərkən deyib.

    "Standard and Poor’s" beynəlxalq reytinq agentliyinin “Azərenerji”nin kredit reytinqi üzrə verdiyi müvafiq proqnozunda enerji sistemin istehsal xərclərinin artdığının buna təsir etdiyi göstərilib. Məhz beynəlxalq reytinq agentliyinin mövqeyinin düzgün iqtisadi təhlili aparılarsa, mövcud marja nəzərə alınarsa real vəziyyəti anlamaq olar”, - Babanlı deyib.

    Y.Babanlının sözlərinə gözə, “Azərenerji”nin inkişaf strategiyası bəllidir: “Azərenerji” ASC dövlət şirkətidir və səhmlərinin 100 faizi dövlətə məxsusdur. Məlumdur ki, dövlətimizin bütün sahələrin inkişafı üzrə konkret strategiyası mövcuddur. Həmçinin enerji sistemi üzrə də! Xüsusilə, ötən ilin dekabr ayının 6-da Azərbaycan Respublikasının Prezidentinin “ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı ilə bütün istiqamətlərin strateji inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Eləcə də Strateji Yol Xəritəsi “Azərenerji”nin inkişaf strategiyasıdır. Bu Fərman “Azərenerji”nin qarşısına yeni vəzifə və funksiyalar qoyur və bu istiqamətdə infrastrukturun kompleks inkişafına yol açır. Məlum olduğu kimi, yaxın və uzaq perspektivlər üçün elektrik enerjisi sisteminin prioritetləri də mühüm əhəmiyyətli sənəddə öz əksini tapıb. Bu Fərmanda strateji hədəflərdən biri kimi müəyyənləşdirilən, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi ölkəmizin tam şaxələndirilib və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsinə daha əlverişli mühit formalaşdıracaq. Yeni texnologiyaların tətbiq edilməsi ilə dayanıqlıq və səmərəlilik əhəmiyyətli dərəcədə yüksələcəkdir. Bu sahə ilə bağlı vacib və strateji məqamlara fundamental əsaslarla yanaşılması onu deməyə əsas verir ki, elektrik enerjisi infrastrukturunda dəyişikliklər, yeniliklər baş verəcək. Enerji sistem dövrün texnoloji inkişafı ilə paralel olaraq müasirləşməkdə davam edəcək”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi