Yuxarı

Beynəlxalq Enerji Agentliyi: Yaxın vaxtlarda neftin qiymətində sıçrayış olmayacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ "ABŞ-da neft hasilatının artması dünyanın enerji bazarındakı tarazlığı dəyişəcək".

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.

Onun sözlərinə görə, bundan sonra Yaxın Şərq ölkələri və Rusiya dünya miqyasında neftin qiymətlərini təyin edə bilməyəcək.

“ABŞ-da neft hasilatı 2025-ci ilədək Rusiya və Səudiyyə Ərəbistanının səviyyəsinə çatacaq”, - deyən F.Birol yaxın perspektivdə neft qiymətlərində sıçrayış gözləmədiyini qeyd edib.

Qətərin OPEC üzvlüyünü tərk etmək qərarına münasibət bildirən agentlik rəhbəri dünya enerji bazarının lideri olan Qətərin OPEC-dən çəkilmək qərarının gözlənilməz olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi