​Yaxın iki ildə neft 84 dollara qədər bahalaçacaq

​Yaxın iki ildə neft 84 dollara qədər bahalaçacaq "Raiffeisen Bank": 2016-cı ildə neftin orta qiyməti 75 dollar/barelə yüksələ bilər
Energetika
2 İyul , 2015 17:32
​Yaxın iki ildə neft 84 dollara qədər bahalaçacaq

Bakı. 2 iyul. REPORT.AZ/ "Raiffeisen Bank" iki ildən sonra dünya bazarında neftin qiymətinin 84 dollar/barelə çatacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, Bank 2016-cı il üçün neftin ("Brent" markalı) orta qiymətinin 75 dollar/barel olacağını ehtimal edir. Lakin 2017-ci ildə yeni layihələrə investisiyaların azalması səbəbindən neftə olan tələbatın təklifi üstələməsi və bu səbəbdən qiymət artımının baş verəcəyi gözlənilir.

Bu ilin ikinci yarısında isə təhlilçilər neft hasilatının tələbdən çox olacağını, amma bunun ilin ilk yarısındakı kimi olmayacağını bildiriblər. Beynəlxalq Energetika Agentliyi (BEA) OPEC ölkələrinin neftinə tələbin I rübdəki gündəlik 28,4 mln. bareldən II rübdə 30,2 mln. barelə qədər artacağını ehtimal edir. Lakin OPEC hazırda gündəlik 31,6 mln. barel neft ixrac edir. Bankın proqnozuna görə, III rübdə neftin qiyməti 66 dollar/barel, IV rübdə isə 70 dollar/barel təşkil edəcək.

Bununla yanaşı, "Raiffeisen Bank"ın analitikləri neftin qiymətinin kəskin düşə biləcəyini də istisna etmirlər. Belə ki, ABŞ-da şist neft hasilatı azalmasa və İranla danışıqlar müsbət nəticələnərsə neftin qiyməti 45 dollar/barelə qədər enə bilər

Son xəbərlər

Orphus sistemi