“Yaşıl enerji məkanı”na dair Tədbirlər Planı İqtisadiyyat Nazirliyinə daxil olub

“Yaşıl enerji məkanı”na dair Tədbirlər Planı İqtisadiyyat Nazirliyinə daxil olub "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış
Energetika
6 Oktyabr , 2021 14:30
“Yaşıl enerji məkanı”na dair Tədbirlər Planı İqtisadiyyat Nazirliyinə daxil olub
Pərviz Şahbazov

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, Alt İşçi Qrupun rəhbəri, nazir Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda strategiya layihəsinin Alt İşçi Qrupunun hazırladığı “Yaşıl enerji məkanı”na dair hissəsinin və Tədbirlər Planının İqtisadiyyat Nazirliyində yaradılmış Katibliyə təqdim olunduğu və Katiblik tərəfindən sənədin ümumi layihəsinə daxil edildiyi bildirilib.

İclasda “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi təqdimat şəklində nümayiş etdirilib, sənədin müvafiq bəndləri nəzərdən keçirilib, qrup üzvlərinin münasibəti dinlənilib. Ümumilikdə son təkliflər nəzərə alınmaqla Alt İşçi Qrupu tərəfindən Strategiya layihəsinin qəbulu məqsədəmüvafiq hesab olunub və müvafiq rəyin Katibliyə təqdim edilməsinə dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi