Bakı. 19 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Yaşar Cabbar oğlu Vahabova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla Y.Vahabova Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.